Qurban bayramınız mübarək!

Salam.İlk öncə deyə bilərəm ki,bu bayram,Müsəlmanların ən müqəddəs bayramlarından hesab olunur.Hansı ki,bu bayram haqqında ta qədimdən hekayə və rəvayətlər də mövcuddur.Allah bu bayramda kəsilən qurbanı sevdiklərimizlə bölüşməyi bizə buyurub.Necə ki,belə bir məsəl gətirim-ruzi də,sevgi də,paylaşdıqca çoxalar😇🤗.Bu mövzuda ən birinci məqam insanların bu bayram bir-birini ziyarət etməsi,bütün bacı-qardaş ailələrinin bir araya gəlməsi kimi xoş təəssürat yaradır.Bilirsiz insan,kəsdiyi qurbanı ehtiyacı olan insanlara verirsə bu lap başqa,yəni savab iş kimi görülür.Hansı ki,sənin sayəndə hansısa ehtiyacı olan ailənin də evində qurbanlıq payından bir qazan qaynayır,bunu edə bilirsənsə bu özü böyük uğurdur,hansı ki,o qədər var-dövlətin içində itib-batanlar var ki,hər hansı yetimi,ya qocanı o əziz bayram günündə sevindirmir.Amma bu gözəl gündə nə küs qalmaq olar,nə də acıdil olmaq.Bacardığınız qədər bu bayram da yaxşılıq edin.Çünki pislik ilə çox şeyini itirə bilərsən,yaxşılıqla isə daima qazanarsan,itirəcəyin də olar əlbət,amma o da sadecə zaman qeybi…Odur ki,sevdiklərinizə möhkəm qucaqlayın və onlara daima sevdiyinizi deyin,çünkibugün bunu  deyə bilərsəniz,amma sabah bunun üçün şansınız olmaya bilər…

Qurban Bayramınız Mübarək!🐑☺️

Gecəniz xeyrə.🙋🏻💙

Güvənmirəm insanlara…

Düzü hardan başlayım,necə başlayım bilmirəm.Bu mövzuda çox söz yazmaq olar.

Mən dünəndən başlayıb,bugünə qayıdacam…

Yaşadığım illər ərzində yaşımın az olmasına baxmayaraq,həyat mənə çox böyük təcrübələr öyrətdi.

Dərsimi də aldım,güvəndiyim insanlara birdaha güvənməyin nə qədər axmaqlıq olacağını anladım…

İlk öncə maskalanmış üzlər girir həyatına…Birüzlü də deyil,İkiüzlü də..Çoxüzlü insanlara çevrilirlər artıq.Sən o eləməz deyərsən,o məni aldatmaz deyərsən,o səni paramparça edər…

Dostluq da ən böyük yenilgi də güvənməklə başlar.İnandığın insan artıq buna tam əmindir ki,-O mənə güvənir…

Necə deyim gözlərin kor olar.Mən düzü bu xəyanəti ən çox qızlarda görmüşəm…

Soruşsanız bəs sonra necə olub?:-

Cavab olaraq:-Hamısını silmişəm…

Silməyə qıymadığım da bir nəfər olub…Onun üçün də özümü əsla bağışlamayacam…

O etməz deyirdim o insana halbuki ilk o etdi…Düzü heç xatırlamıram da.Amma danışanda gözlərim dolur…Bunun üçün şəkillərə də baxa bilmirəm…Amma musiqilər acı verir…

Və o gündən sonra əsla heç kimə Güvənmirəm…

Sənə ehtiyacım var…

Hardan başlayım..bilmirəm..Axı nəfəsim bilirdim səni…Bir səhvdə qoyub getdin.Düşünmək istəmirəm səni..Amma yuxularıma gəlirsən,dayana bilmirəm..

  Sən heç bilirsən???…

Sənsiz hər gecə ağlıyıram,amma yanımda sən yoxsan..Danışmırıq da artıq.Nə sən mənə yazırsan,nə də mən sənə.Düzdü ayrılmışıq.Amma hər ayrılıqda bir geri dönüş şansı vardır.Unutmaq asan deyil.Əvvəlcə öyrəşirsən,sonra hər şeyin olur,bir səhvdə də heçnəyin…

Bunu başa sal sən mənə?!..

Sevdiyin insanı buraxıb getmək bu qədər asandı ?..Sənin üçün ola bilər.Amma mənim üçün yox…Mən səni bir günlük sevməmişdim,bir günə də silim..

Bir söz var deyirlər,sevdiyin qız səni ailəsinə danışırsa qədrini bil,itirmə onu..Çünki hər qız bu riski ala bilmir.Amma bir onu bilirəm..-Sən qorxaqsan!,sevdiyin qızı yarı yolda qoyacaq qədər qorxaq,cəsarətsiz,bir o qədər də sevgisiz..

Mənə ən çox toxunan xatirələrdir..Amma onu da geri gətirə bilmirik..Nə sən mənə tərəf bir addım atırsan,nə də mən sənə..Məhz bu cəhətdən də,biz deyə kəlmə də qalmır,iki tərəf,yəni sən də,mən də itirmək üçün əlimizdən nə gəlirsə onu da edirik…

Səni düşündüyüm hər an üçün özümü günahlandırıram..Axı dəyməzsən buna!..Bilirəm,çünki mən səndən sonra başqasına baxmazkən,sən məni əvəz etmək üçün başqalarını seçtin..Amma o boşluğu əsla doldura bilmədin..Göz-gözə gəlirik tez-tez,üzümə də baxa bilmirsən..

Amma səni hər görəndə demək istədiyim tək söz var-Sənə ehtiyacım var…

Birini sevməklə,onu göstərmək arasında dağlar qədər fərq var…

Sevgi dildə ifadə edilməyəcək qədər dərin bir hiss’dir.Hər kəs bir gün aşiq olur.Hər sevgi bir təsadüfdir.Bəlkə günün birində hər kəs öz yarısını tapacaq.Əgər hələ də tapmamısınızsa…

Hər sevgi birdən başlamır.Əvvəlcə dost olursan,sonra sirdaş,kimi zaman yol yoldaşı,bir vaxt sonra da həyat yoldaşı…

Düzü birinə aşiq olmaqdan çox önəmli olan ona sadiq olmağı bacarmaqdır…

Önəmli olan bu həyatda birini tapmaq deyil,bir-birini tapmaqdır.

Düzü hər sevgi də,uğurlu alınmır.Bəzən o qədər dərin üzücü hallar olur ki,ayrılıqlar insanı yerdən-yerə vurur.Amma əlindən də bir şey gəlmir bəzən.Bitən sevgi zaman yarası kimidir,vaxt keçər,amma yaranın izi qalar…

Kaş zaman insanları sınamasa..İnsanlar ömür boyu insana sadiq qalmağı bacarsa.Əslində çətin deyil.

Bir cüt gözlərə aşiq ol,digər gözlərə kor…

Axı nəyi çətindir bunun?!..

Hər sevgi zamanla bitər deyirlər.Amma sevən insanın bəhanəsi olmaz,sizinlə vaxt keçirmək üçün çarə axtarar.🙂Odur ki, sevgi ilə qalın,bugününüzü görmədiyiniz insana,sabahınızı əmanət etməyin🙂.

Unutmayın könül almağı bilməyənə,ömür əmanət edilməz.✅


                                                   ❤️ZA❤️

Mən kiməm???..

Bu sual olduqca dərin,olduqca mənalı bir sözdür.Bəlkə də çoxunuz bu suala adi yanaşırsınız ..Əgər siz hələ də bu suala tam doğru-düzgün cavab tapa bilməmisinizsə problemi ilk növbədə başqasında deyil,özünüzdə axtarın..

Axı bu həyatda özünüzü tanıtmaq  üçün nələr etmisiniz??

Yəqin ki,bir çoxlarınız düşünürsüz ki,çox şey etmişəm,amma hələ də sanki özümü cəmiyyətdə tapa bilməmişəm…

Bəs səbəbini axtarmısınız mı???

Əslində heç bir bəhrə əziyyətsiz olmur.Çox insan hazır aş yeməyi daha üstün tutur.Yəni özünə əziyyət vermək istəmir.Amma başqasının nailiyyətlərini görəndə axı niyə məndə bu alınmır və yaxud da niyə mən onun kimi deyiləm kimi ifadələr işlədirsiniz.Bunun bir tək cavabı var:-Bəhrə əmək istəyir,əmək də əziyyət…Əgər siz bunları birləşdirsəniz,inanın ki bir puzzle’ı qurmuş kimi,yerində olmaq istədiyiniz insandan da artıq mövqelərdə durarsınız.

Bir işə başlayarkən,ilk dəfədən hər şey alınmıya bilər,amma bu o demək deyil ki,bu heç vaxt alınmıyacaq.Heç bir şey birdən qurulmuyur,sizdə də hər şey birdən alınmıya bilər.Əsas odur ki,bir amalınız olsun :-Mən bacaracam! Baxın o zaman sizdə hər şey alınacaq,unutmayın bacarmıram deyə bir söz yoxdur, istəmirəm sözü var..

Ümid edirəm ki,bu postum maraqlı olacaq sizlər üçün.Növbəti postlarda görüşənədək.🤚🏻🙂

BB kremlərin faydası və zərərləri⛑

 

Son zamanlar populyar olan BB kremlər bir çoxlarının diqqətini cəlb edib.Belə ki, bir çox reklam rolikləri bu kremlərin qadınlarda olan bütün dəri problemlərinin həll edəcək vasitə kimi təqdim edirlər. Bəs əsl BB krem nədir? Bu reklamlara inanmaq düzgündür ya yox? Bunun üçün tarixə nəzər salaq.

İlk dəfə BB krem alman alimləri tərəfindən dərini tez sağaldan və maskalalanan(üstünü örtən) bir vasitə kimi yaradılmışdır. İlk olarq kremlər əsasən plastik cərrahiyyə pasientləri, bədbəxt hadisə zamanı yara və yanıqlar almış aktyorlar üçün nəzərdə tutulurdu. Tərcümədə də həmçinin bu krem Blemish Balm və ya Blemish Base hərfi olaraq ləkələrin maskalanması(örtülməsi) və tonun hamarlaşması kimi məna verir. Müalicəvi xarakter daşıyan bu kremin kremin çox xeyirli və bərpaedici xüsusiyyətləri danilmazdır.

Belə ki bu krem:

– Dərin nəmləndirilməsi kimi xüsusiyyətə malik olduğuna görə,onu bir çox hallarda makiyaj üçün özül(əsas) kimi istifadə etməyə imkan verir

– Dərinin bərabə rolmayan tonlarını tam olaraq bərabərləşdirir

– Günəşdən qoruyur. BB kremlərin SPF faktoru adətən 20-40 qədər olur.

– Cavanlaşma effekti veirir, dərini ağardır.

– Sızanaqların müalicəsi və qırışların yaranmasını zəiflədir.

Bir çox xanımlar BB kremin tonal krem və nəmləndiric kremin hibridi olduğunu düşünürlər. Lakin, bu yalnış fikirdir, belə ki, BB kremin prinsipi, tonal kremlərin əsas prinisipindən çox fərqlidir. Əsl BB krem dəridə maska hissi yaratmır və tam olaraq dəriyə hopur, günəş şüalarının sınma qabiliyyəti və əks etdirilməisni tənzimləyərək, dəriyə təbii və sağlam görkəm bəxş edir.

Həmçinin unutmayın ki, BB kremlərin dəriniziə yalnız müsbət təsir göstərməsini istəyirsinizsə, onun tam olaraq dəriyə hopduğunu nəzərə alaraq, hər gün mütləq olaraq dərinizi təmizləməyiniz məsləhət görülür. Əks halda dəridə olan məsamələr qapanaraq sizə yeni problelər yarada bilərlər…

Ad çəkmək istəmədiyimizdən yalnız onu deyə bilərik ki, bu növ kremlərə üz tutduqda çalışıb keyfiyyətli və müalicəvi markalara müraciət etməyiniz daha məsləhətlidir…

Gözəllik və baxım kremləri gündən-günə artır. Kosmetika sahəsində bomba təsiri yaradan BB kremləri də son zamanlar qadınlar aarasında yaman dəbə minib. Bəs bu BB kremləri nədir? BB kremlərinin hər hansı zərərləri varmı?
BB kremləri ilk olaraq Almaniyda bir dermatoloq tərəfindən məlhəm kimi hazırlanıb, lakin daha sonra Asiyda və xüsusən də Şimali Koreyada bu kremlər inkişaf etdirilib və kosmetika sahəsinə bomba kimi düşüb. Hazırda isə dünyanın bütün ölkələrində ildırım sürəti ilə satılır.
Asiyalılar illərdir ki, bu kremlərdən istifadə edir və dərilərinin qüsursuz olmasını BB kremlərinə borcludurlar. BB kremləri həm nəmləndirici, həm də müalicəvi xüsusiyyətlərə malikdir. Bundan başqa dərini qidalandırır. Üstəlik gecə yatmazdan əvvəl təmizləməyi unutsanız da, dəriyə zərər vermir.
BB kremləri nədir?

BB krem = Qırışları örtən və azaldan + günəş qoruyucu, sızanaqları örtən + ləkələri gizlədən + təbii tonlaşdırcı + güclü qidalandırıcı və nəmləndirici + parladıcı kimi mükəmməl xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin hamısı bir yerdə toplandığı üçün ona “All in one” kremləri də deyilir. Yəni, hamısı bir yerdə.
Qalıcı xüsusiyyətlərə malik olduğu üçün gün ərzində bir neçə dəfə makiyajı təzələməyə ehtiyac yoxdur. Axşam təmizləməsəniz belə, dərini korlamır. Əskisənə, dərini qoruyur və gözəlləşdirir.
BB kremlərinin faydalarını bu şəkildə sıralamaq olar:

Dərini 24 saat nəmləndirir.

Kremin tərkibində olan mineral piqment ləklərini çəkildiyi anda tonunu dəyişdirir.

Dəridəki cizgiləri və incə qırışları gizlədir.

Tərkibindəki C vitamini sayəsində dəriyə təravət və parlaqlıq bəxş edir.

15 faktorlu qoruyucu xüsusiyyəti ilə dərini günəşin mənfi zərərlərindən qoruyur.

Günəş şüuları dərinin yaşlanmasını sürətləndirir. Lakin BB kremlərinin bu qədər faydasını görüb aldanmaq lazım deyil. Hər nə qədər faydalı və mükəmməl xüsusiyyətləri olsa da, nəticə etibarı ilə BB kremləri rəngli nəmləndiricidir və əsl nəmləndiricinin yerini verə bilməz. Yaşlanmanın qarşısını almaq üçün hədsiz isti günlərdə hər gün evdən çıxmazdan əvvəl günəş qoruyucu krem çəkməyi unutmayın.

Qeyd edim ki qiyməti də münasibdir-8.50 azn-ə almışam bu şəkildəki kremi. (Sabina Perfumery&Cosmetics)

http://www.sabina.az/az/index.html

 

Yay mövsümü daxil olub,siz hələ də hara gedəcəyənizi seçməmisiniz???Elə isə Yeyskdən (Ейск) başlayın☺️🌍

Salamlar hərkəsə🌍.Bugün sizlərlə öz şəxsi təcrübəmi paylaşacam.Mənim ən böyük hobby’m dünyanı gəzməkdir.Bugün sizə dəfələrlə olduğum ölkələrdən biri olan

Rusiya haqqında danışmaq istəyirəm.Bu ölkə  həm də sizin üçün gözəl bir seçimdir.Düzü bu ölkənin üç şəhərində olmuşam,qeyd edim ki,ən bəyəndiyim Yeysk şəhəri oldu.Həm kurort üçün çox gözəl məkan seçimidir,həm də yaddaşlardan silinməyəcək xatirələriniz olacaq istirahət zonasıdır.Mən paylaşdığım bu şəkillər və məlumatlar sayəsində ümid edirəm ki,sizdə də bir xoş təəssürat oyanacaq.Burda restoranların dekorativ quruluşu olduqca göz oxşayır.Yemək seçimlərində Avropa mətbəxindən tutmuş,öz mətbəxlərinə qədər çox gözəl təamlarından dada bilərsiniz.Təbii ki,olduqca münasib qiymətə.Ümid edirəm ki, bu postumu bəyənəcəksiniz,oxuyub,bəyənən və rəy yazan hərkəsə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.Gələn postlarda görüşənədək.🤚🏻👥🌍🦋