Güvənmirəm insanlara…

Düzü hardan başlayım,necə başlayım bilmirəm.Bu mövzuda çox söz yazmaq olar.

Mən dünəndən başlayıb,bugünə qayıdacam…

Yaşadığım illər ərzində yaşımın az olmasına baxmayaraq,həyat mənə çox böyük təcrübələr öyrətdi.

Dərsimi də aldım,güvəndiyim insanlara birdaha güvənməyin nə qədər axmaqlıq olacağını anladım…

İlk öncə maskalanmış üzlər girir həyatına…Birüzlü də deyil,İkiüzlü də..Çoxüzlü insanlara çevrilirlər artıq.Sən o eləməz deyərsən,o məni aldatmaz deyərsən,o səni paramparça edər…

Dostluq da ən böyük yenilgi də güvənməklə başlar.İnandığın insan artıq buna tam əmindir ki,-O mənə güvənir…

Necə deyim gözlərin kor olar.Mən düzü bu xəyanəti ən çox qızlarda görmüşəm…

Soruşsanız bəs sonra necə olub?:-

Cavab olaraq:-Hamısını silmişəm…

Silməyə qıymadığım da bir nəfər olub…Onun üçün də özümü əsla bağışlamayacam…

O etməz deyirdim o insana halbuki ilk o etdi…Düzü heç xatırlamıram da.Amma danışanda gözlərim dolur…Bunun üçün şəkillərə də baxa bilmirəm…Amma musiqilər acı verir…

Və o gündən sonra əsla heç kimə Güvənmirəm…

Yorum bırakın